Simsar.az | bizi özünüzə Simsar bilin
YAZARLARIN GÜNÜ

Dünya 25 ildir bu günü bayram edir

1986-cı ildə Beynəlxalq PEN-klubun 48-ci konqresinin qərarına əsasən mart ayının 3 - Yazarlar günü elan edilib. 

PEN-klubun yaradılması – ingilis qadın yazarı Katrin Emi Douson-Skottun ideyasıdır. PEN-klubun Birinci prezidenti Con Qolsuorsi seçilib. 1923-cü ildə PEN-klubun ilk beynəlxalq konqresi açılıb. Hal-hazırda PEN-klublar 130 ölkədə fəaliyyət göstərir.

PEN-klubun Hartiyasında (əsasnaməsində) göstərilir ki, “PEN-klub hər ölkənin daxilində və ölkələr arasında informasiya azadlığı prinsiplərini müdafiə edir. Klubun üzvləri öz ölkələrində, eləcə də bütün dünyada (mümkün qədər) söz azadlığının boğulmasının istənilən formasına qarşı etiraz etməyə borcludurlar. PEN-klub mətbuat azadlığını müdafiə edir, sülh dövründə ixtiyari senzuraya qarşı çıxır. PEN-klub hesab edir ki, bəşəriyyətin daha ali siyasi və iqtisadi inkişafı hökumətin, idarə orqanlarının və siyasi təşkilatların sərbəst tənqidini tələb edir.

Aylin

3 Mart, 2011  23:43 Baxılıb: 1800

Bu bölmədə