“GÖRÜŞ YERİ”-Nİ İLHAMƏ QULİYEVA HİTƏ ÇEVİRDİ -EKSKLÜZİV
Bəyimxanımdan sonra xalq artisti mahnıya can verdi Son zamanlar radio dalğalarında Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın ifasında növbəti bir mahnı hitə çevrildi. Sözləri Sona xanım Vəliyevaya məxsus olan “Görüş yeri” adlı mahnını İlhamə xanmdan sonra xalq mahnılarının ifaçısı Bəyimxanım Mirzəyevadan eçitdik. Bir müddət əvvəl İlhamə xanımın öz mahnilarını başqa müğənnilər tərəfindən oxunmasını qadağan etdiyini əsas tutaraq, xalq artisti ilə əlaqə saxladıq. Bəyimxanımın bu mahnıya müraciət etməsini sakitliklə qarşılamasının səbəbini öyrəndik. simsar.az-a ekskluziv açıqlamasında İlhamə xanım bildirdi ki, sözügedən mahnını Bəyimxanım ilk dəfə öz toyunda oxuyub. Elə həmin gün də mahnının müəllifləri tərəfindən İlhamə xanımdan “Görüş yeri”-ni oxuyub repertuarına salınması xahiş olunub. “Bəyimxanımın toyunda mahnının müəllifləri məndən rica etdilər ki “Görüş yeri”ni mən oxuyum və radiolarda sələndirim. Mən də çox istədiyim dostlarımın təklifini qəbul etdim” –deyən xalq artisti Bəyimxanımın da mahnını yaxşı oxuduğunu vurğuladı. “Bəyimxanım mahnını özünəməxsus ifa edib, mən də İlhamə kimi oxumuşam”. Qeyd edək ki, İlhamə xanım bu mahnıya klip çəkdirmək fikrində olduğunu da söylədi. “Amma buna baxmayaraq, Bəyimxanım da bu mahnıya klip çəkdirsə, normal qarşılayaram, çünki mahnını birinci dəfə Bəyimxanım oxuyub. Dinləyiciyə isə mən təqdim etmişəm.”
3 Mart, 2011 18:20 ⁄ Baxılıb: 2462
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |