Simsar.az | bizi özünüzə Simsar bilin
ƏHALİYƏ XƏBƏRDARLIQ: BAKIDA SİLAHLI DƏSTƏ

Naməlum dəstə "Tir" atıcılıq mərkəzindən xeyli silah oğurladı

Bakıda TİR atıcılıq mərkəzi qarət edilib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “Tir” atıcılıq mərkəzinə gizli yolla daxil olan naməlum şəxslər oradan xeyli silah oğurlayıblar. Bu barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

3 Mart, 2011  17:37 Baxılıb: 1644

Bu bölmədə