Simsar.az | bizi özünüzə Simsar bilin
Mikroavtobusu qaçırtdılar

Martın 1-də Bakıda mikroavtobus qaçırılıb

Bakı şəhər Baş Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində İlham Süleymanova məxsus «Mercedes» markalı mikroavtobus qaçırılıb.


Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mikroavtobusu qaçıran Şamaxı rayon sakini Vüqar Ağakişiyev martın 2-də qəsəbəsinin Məktəbli küçəsində avtomobillə birlikdə saxlanılıb.

Araşdırma aparılır.

3 Mart, 2011  17:25 Baxılıb: 1447

Bu bölmədə