Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvada azərbaycanlını öldürməyə cəhd göstərən dəstənin üzvlərinə hökm oxunacaq

Bu gün Moskva Məhkəməsi 4 partlayış və 11 sui-qəsd həyata keçirməyə cəhd göstərməkdə günahlandırılan 4 rus millətçisinə hökm oxuyacaq.

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, müttəhimlər 19 yaşlı Andrey Qordeyev, Konstantin Kuçer, Vladislav Polyakov və 23 yaşlı Anton Vasilevdir.

İstintaqın versiyasına görə, cinayətkar dəstəni Anton Vasilev və Vladislav Polyakov yaradıblar. Onlar 2008-ci ilin 17 avqustundan 23 sentyabrına qədər Moskvada qeyri-slavyanların işlədikləri ticarət mərkəzlərində partlayışlar törədiblər. 2008-ci il 26 dekabr -2009-cu il 19 yanvar aralığında cinayətkar 4 qətl törədib, 11 sui-qəsd həyata keçirməyə cəhd göstərib, 3 soyğun təşkil ediblər. Onların qətlə yetirdikləri şəxslər əsasən Qazaxıstan, Özbəkistan, Kamerun, Çin, Koreya, Vyetnam vətəndaşlarıdır. Anton Vasilev və Konstantin Kuçer Azərbaycan vətəndaşını da öldürməyə cəhd göstəriblər.

3 Mart, 2011  15:33 Baxılıb: 1455

Bu bölmədə