Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Ordusunun əsgəri bıçaqlanıb

Əsgər bıçaq xəsarətləri ilə bu gün səhər xəstəxanaya çatdırılıb

Milli Ordunun əsgəri bıçaqlanıb. Bu barədə APA-ya 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib

Məlumata görə, bıçaqlanma hadisəsi Müdafiə Nazirliyinin Zirə qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 1987-ci il təvəllüdlü Muxtar Ələsgərov çoxsaylı bıçaq xəsarətləri ilə bu gün səhər xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Xəstəxanadan hadisənin motivi barədə məlumat verilməsə də bildirilib ki, hadisə M. Ələsgərovun hərbçi yoldaşı tərəfindən törədilib. 

Baş vermiş olayla bağlı Müdafiə Nazirliyi məlumatlandırılıb, araşdırma aparılır.

2 Mart, 2011  21:52 Baxılıb: 1468

Bu bölmədə