Simsar.az | bizi özünüzə Simsar bilin
ARDNŞ evləri yananları sevindirdi

Mənzilsiz qalanların kirayə haqqı da ödəniləcək, onlara evdə veriləcək

ARDNŞ Sosial İnkişaf İdarəsinin balansında olan, yanğın baş vermiş 14 saylı binanın sakinləri öz istəklərinə uyğun şəkildə müvəqqəti yaşayış yerlərinə köçürülüblər və kirayə haqları ARDNŞ tərəfindən ödəniləcək. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qısa müddət ərzində yanmış binanın yerində şirkətin maliyyə vəsaiti hesabına yeni, müasir standartlara uyğun bina inşa olunacaq və sakinlərin hamısı oraya köçürüləcək.

Xatırladaq ki, fevralın 28-də Qaradağ rayonu Qobustan qəsəbəsinin Kəşfiyyatçılar məhəlləsində Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan 14 saylı binada yanğın baş verib. Mənzillərdən birində qısa qapanma nəticəsində başlayan yanğın 200 kvadrat metrdən çox ərazini əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub və yanğının qarşısı alınıb. Buna baxmayaraq, 20 ailənin yaşadığı ikimərtəbəli kommunal yaşayış evi taxta konstruksiyalardan tikildiyi üçün bina yararsız hala düşüb.

2 Mart, 2011  16:46 Baxılıb: 1382

Bu bölmədə