“Qalatasaray” “Neftçi” ilə oynamağa razılıq verdi
İstanbul klubu “Neftçi” ilə əməkdaşlıq müqaviləsini təsdiqləyib. Türkiyənin “Qalatasaray” klubu ilə “Neftçi” arasında imzalanan ikitərəfli müqavilə İstanbul klubunun rəsmiləri tərəfindən təsdiqlənib. Simsar.az xəbər portalı “Neftçi”nin internet saytına istinadən xəbər verir ki, hər iki komandanın rəsmiləri arasında aparılan danışıqlar müsbət nəticələnmişdi. Klublar arasında əlaqələri genişləndirmək məqsədi güdən sazişdə bir çox vacib bəndlər yer alıb. İkitərəfli müqaviləyə əsasən, 2011/2012-ci ildə “Neftçi” ilə “Qalatasaray” yoldaşlıq görüşlərində qarşı-qarşıya gələcək.
1 Mart, 2011 21:29 ⁄ Baxılıb: 1700
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |