Simsar.az | bizi özünüzə Simsar bilin
“Qarabağ”ın Antalyadakı rəqibi müəyyənləşdi

Ağdamın “Qarabağ” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısına başlayıb.

“İC Santai” otelində məşkunlaşan baş məşqçi Qurban Qurbanovun komandası ilk məşqinə də çıxıb. 

Hazırlıq prosesi çərçivəsində “Qarabağ” bir yoxlama matçı keçirəcək. Artıq həmin rəqib də məlumdur. Bu, Rusiya çempionatının I divizionunda çıxış edən “OİK Energiya”dır. Görüş martın 6-da olacaq.

1 Mart, 2011  19:44 Baxılıb: 1579

Bu bölmədə