Simsar.az | bizi özünüzə Simsar bilin
Avro-2012-yə biletlərin satışı başlandı - QİYMƏTLƏR

2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının biletləri satışa çıxarılır.

Simsar.az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 8-dən iyulun 1-dək keçiriləcək turniri stadiondan izləmək istəyənlər martın 31-dək sifarişlərini verə bilər. Bunun üçün UEFA-nın rəsmi saytında qeydiyyatdan keçmək olar.
Biletlər 30-600 avro aralığında olacaq. Açılış matçının biletləri 45, 140 və 250, qrup mərəhələsində keçiriləcək oyunlar üçün 30, 70 və 120, ¼ final mərhələsinin oyunları üçün 40, 80 və 150, ½ final üçün 45, 150 və 270, final qarşılaması üçün isə 50, 330 və 600 avroya satılacaq.

1 Mart, 2011  17:49 Baxılıb: 1684

Bu bölmədə