Simsar.az | bizi özünüzə Simsar bilin
“Real Madrid” Kakanı satır

İspaniyanın “Real Madrid” klubu braziliyalı futbolçu Kaka üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

Simsar.az-ın məlumatına görə, bu barədə “AS” qəzeti kluba yaxın mənbələrə istinadən xəbər yayıb. 

Bildirilir ki, “kral klubu” yarımmüdafiəçinin dəyərini qarşılaya biləcək komandaya yollanmasına etiraz etməyəcək. Kaka mövsümün ilk yarısında zədə üzündən forma geyinməyib, sonradan oynadığı qarşılaşmalarda isə hamını məyus edib.

Qeyd edək ki, Kaka “Real Madrid”ə 2009-cu il iyunun 3-də İtaliyanın “Milan” klubundan 68,5 milyon avroya keçib.

1 Mart, 2011  16:46 Baxılıb: 1617

Bu bölmədə