Simsar.az | bizi özünüzə Simsar bilin
Daxili işlər orqanlarında xidmətə qəbul üzrə müsabiqə keçirilir

Respublika daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqə keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik bununla əlaqədar müsabiqə iştirakçılarının nəzərinə çatdırır ki, onlar bu il martın 2-də Nazirlikdən /Bakı şəhəri, Azərbaycan prospekti 7/ «Namizədin buraxılış vərəqəsi»ni və «Test imtahanı sualları» toplusunu almalıdırlar.

Xidmətə qəbul üzrə test imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 12 mart 2011-ci il tarixdə Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda /Bakı şəhəri, H.Cavid prospekti 25/ həyata keçiriləcək. Namizədlər imtahan günü saat 9.00-da «Namizədin buraxılış vərəqəsi» və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-54 və 590-95-23 nömrəli telefonlarla nazirliyin Baş Kadrlar İdarəsinə zəng edə bilərlər.

26 Fevral, 2011  04:20 Baxılıb: 2468
Teqlər :

Bu bölmədə