Simsar.az | bizi özünüzə Simsar bilin
Magistraturaya imtahan verən 7740 bakalavr 2-ci mərhələyə buraxılıb

Fevralın 22-də ali məktəblərin magistratura pilləsinə keçirilmiş imtahanlarda 7740 bakalavr ikinci mərhələyə buraxılıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə imtahanlarda iştirak edən bakalavrlardan 50 faizdən çoxu 45 baldan çox nəticə göstərib.


M.Abbaszadə bu il magistraturaya qəbul imtahanları zamanı ixtisas seçimində də dəyişikliklərin olduğunu bildirib. Onun sözlərinə görə, “maarif” “jurnalistika” və “fəlsəfə” ixtisaslarına humanitar sahəyə dair bakalavrlar da sənəd verə bilər.

M.Abbaszadə həmçinin bildirib ki, jurnalistika ixtisasına sənəd verən bakalavrlar həm də ikinci mərhələdə jurnalistikadan imtahan verməlidir. O qeyd edib ki, bəzi ixtisaslarda keçid balının 50-dən 45-ə endirilməsi heç də bakalavrların bilik səviyyəsinin aşağı olması ilə əlaqədar deyil. Onun sözlərinə görə bilik səviyyəsi 50 baldan yuxarı olan bakalavrlar elmi araşdırmalar aparmaq üçün mütləq məntiq suallarına cavab verməlidir. Məhz məntiqi suallara uğurla cavab verən şəxslər gələcəkdə elmi araşdırmalarla məşğul ola bilərlər.

25 Fevral, 2011  22:36 Baxılıb: 1575

Bu bölmədə