Simsar.az | bizi özünüzə Simsar bilin
CƏZALANDIRILAN KAFEDRA MÜDİRİ SİMSAR.AZ-A DANIŞDI

Kamil Səlimov: «Mənə verilən xəbərdarlıq hansısa korrupsiya faktı ilə bağlı deyil»


Bakı Dövlət Universitetində (BDU) cəzalandırılan rəhbər şəxslər 
rektorun qərarını etirazla qarşılayıblar. Vəzifələrindən azad edilən hüquq fakültəsinin dekanı professor Firudin Səməndərov, Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov, beynəlxalq xüsusi və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov, Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva ilə əlaqə saxlamağa çalışsaq da buna nail ola bilmədik.

Adını çəkilməsini istəməyən mənbə universitetin cəzalandırılan məsul şəxslərinin rektora açıq etiraz edəcəklərini deyir.

Cəzalananlar arasında, Kriminalistika kafedrasının müdiri, professor, «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin rəhbəri Kamil Səlimov da var. O, son xəbərdarlıqla şiddətli töhmət alıb.

K.Səlimov Simsar.az-a açıqlamasında cəzalandırılmasına beylə aydınlıq gətirdi: «Mənə verilən xəbərdarlıq hansısa korrupsiya faktı ilə bağlı deyil. Bu sırf texniki məsələdir. İndi olur da, işə 5 dəqiqə gecikirsən, davamiyyəti pozursan... Rektor da bunları nəzərə alıb, sonuncu dəfə mənə xəbərdarlıq etdi. Çalışacam davamiyyətə riayət edim, özümü doğruldum».

RUSLAN


25 Fevral, 2011  18:29 Baxılıb: 1851

Bu bölmədə