Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı hava limanında biabırçılıq

Cənazə diqqətsizlik səbəbindən ailəsinə təhvil verilməyib və yenidən həmin təyyarə ilə Qazaxıstana qaytarılıb

AZAL-ın 3 əməkdaşı işdən çıxarıldı

Heydər Əliyev beynəlxalq hava limanında inanılmaz hadisə baş verib. Lent.az-ın məlumatına görə, Qazaxıstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı, Masallı rayon sakini M.A həmin ölkədə vəfat edib. Bununla əlaqədar həmin şəxsin cənazəsi Qazaxıstanın “Air Astana” şirkətinə məxsus təyyarə ilə Qazaxıstandan Azərbaycana göndərilib. Lakin Bakıda hava limanında həmin şəxsin cənazəsi diqqətsizlik səbəbindən ailəsinə təhvil verilməyib və yenidən həmin təyyarə ilə Qazaxıstana qaytarılıb.


Məsələ ilə əlaqədar mərhumun yaxınları “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) müraciət ediblər. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, xoşagəlməz hadisə nəzarətsizlik və məsuliyyətsizlik səbəbindən baş verib: “Bu hadisə Qazaxıstanın “Air Astana” şirkətinə məxsus təyyarənin ekipaj üzvlərinin diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından baş verib. Çünki ekipajın tərkibində yüklərin boşaldılmasına və təhvil verilməsinə cavabdeh olan şəxs var. Lakin həmin şəxs öz işinə məsuliyyətsiz yanaşıb və belə bir olay baş verib. Burada “AZAL”ın da əməkdaşları məsuliyyətsizlik edib və şirkətimizin 3 əməkdaşı artıq dünən işdən azad edilib”.

25 Fevral, 2011  17:22 Baxılıb: 1502

Bu bölmədə