Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbçilərimiz qəzaya düşdü: 1 ölü, 7 yaralı

“VAZ 2107” “Mercedes” markalı mikroavtobusla toqquşandan sonra “VAZ 2106”-ya çırpılıb

Fevralın 23-də Tovuz rayonunda Azərbaycan Ordusunun hərbçiləri avtomobil qəzasına düşüb. Tovuz rayon Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, Ağdam kəndi istiqamətində hərəkət edən və içərisində hərbçilərimiz olan “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub. Daha sonra isə “VAZ 2107” həmin istiqamətdə hərəkət edən “VAZ 2106”-ya çırpılıb.


Qəza nəticəsində “VAZ 2107” də olan əsgər, Biləsuvar rayon Hərbi Komissarlığından Hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Cəbrayılov Ramin Əlisəfa oğlu hadisə yerində keçinib.

Digər 5 nəfər – leytenant, 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Aslan oğlu, Qazax Hərbi Prokurorluğunun təcrübədə olan müstəntiqi, 1984-cü il təvəllüdlü Bayramov Abbas Kainat oğlu, müddətdən artıq hərbi qulluqçu, 1987-ci il təvəllüdlü Hacıyev Nemət Hümmət oğlu və əsgərlər 1992-ci il təvəllüdlü Zeynalov Nuru Adil (Bakı şəhər Nizami RHK), 1992-ci il təvəllüdlü Şükürov Əliheydər Əlisa oğlu (Neftçala RHK) xəsarət alıblar.
Eyni zamanda mikroavtobusda olan 2 nəfər mülki şəxs də xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

24 Fevral, 2011  17:37 Baxılıb: 1559

Bu bölmədə