Magistraturaya qəbul üçün keçid balları aşağı salınıb
Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üçün imtahan verən bakalavrların nəticələri qənaətbəxş olmadığı üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi ixtisaslar üzrə keçid ballarını aşağı salıb. TQDK-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə APA-ya bildirib ki, aşağı nəticə göstərənlər daha çox xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verən bakalavrlar olub. Bu səbəbdən də TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balını 50-dən 40-a, müəyyən proqramlar üzrə isə 45-ə endirib.
23 Fevral, 2011 22:45 ⁄ Baxılıb: 11379
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |