Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur hakimin anası vəfat etdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayının 30-da baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

Məhkəmənin təxirə düşməsinə səbəb, işə baxan hakim, Mirpaşa Hüseynovun anasının rəhmətə getməsi olub. Proses mart ayının 16-da keçiriləcək

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub.

23 Fevral, 2011  21:02 Baxılıb: 1726

Bu bölmədə