Simsar.az | bizi özünüzə Simsar bilin
Olimpiya çempionumuz Çiliyə yollanır

Martın 1-dən 9-dək Çilinin Konsepson şəhərində keçiriləcək stend atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

London-2012-yə milli komandamız ilin ilk mötəbər turnirində 7 snayperlə təmsil olunacaq. 
Çilidə ölkəmizin idman şərəfini olimpiya çempionumuz Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova, Xanhüseyn Bağırov, Emin Cəfərov (hamısı skit növündə), Elçin Babayev və Elvin İsmayılov (hər ikisi trap növündə) qoruyacaqlar.

İdmançılarımız şəxsi yarışlarla bərabər, komanda birinciliyində də qüvvəsini sınayacaq. Bu günlərdə Kiprdə bürünc medal qazanan Zemfira, Regina və Nurlanadan ibarət yığmamız yenidən birgə hədəf önünə keçəcəklər.

Dünya kubokuna fevralın 25-də yollanacaq milli komandamıza rəhbərliyi baş məşqçi Hafiz Cəfərov deyil, məşqçi Pərviz Axundov edəcək.

Qeyd edək ki, Çilidə yalnız şəxsi yarışlarda çempion adını qazanacaq atıcı London Olimpiadasına lisenziya qazanacaq.

23 Fevral, 2011  20:51 Baxılıb: 1876

Bu bölmədə