Simsar.az | bizi özünüzə Simsar bilin
AFFA-nın baş katibi yığmamızın üzvləriylə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələ oyunlarında iştirak edəcək Azərbaycan milli komandası ilə görüşüb.

Simsar.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Bakı İdman Sarayında start götürəcək yarışlara hazırlıqlarını davam etdirən yığma üzvləri ilə görüş elə həmin idman qurğusunda baş tutub. 

Məmmədov dörd gün davam edəcək turnirin vacibliyini bir daha futzalçıların diqqətinə çatdırıb. Baş katib oyunların Bakıda keçirilməsinin azarkeş dəstəyi baxımından üstünlük, eyni zamanda daha böyük məsuliyyət olduğunu bildirib. O, millimizə uğurlar arzulayıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Lakin AFFA-nın baş katibi fevralın 24-də yığmamızın Qazaxıstanla keçirəcəyi ilk oyunu yox, “Ştutqart” (Almaniya) və “Benfika” (Portuqaliya) komandaları arasında təşkil olunacaq Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçını izləyəcək. Elxan Məmmədov bu qarşılaşmada UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcək.

23 Fevral, 2011  18:44 Baxılıb: 3133

Bu bölmədə