Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Liqası: ilk 1/8 finalçı müəyyənləşdi

Rusiyanın MOİK klubu futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqəyə sahib çıxıb.

Simsar.az-ın məlumatına görə, “hərbçilər” turnirin 1/16 final mərhələsinin cavab oyununda Yunanıstan PAOK-u ilə heç-heçəyə nail olub – 1:1. 

Hesabı 67-ci dəqiqədə PAOK-un futbolçusu Zlatan Müslümoviç açıb. Gənc qapıçı Sergey Çepçuqovun uzaqlaşdırmaq istədiyi top Müslümoviçə dəyərək tora daxil olub. Meydan sahibləri bərabərlik qolunu 80-ci dəqiqədə vurublar. Fransalı hakim Loran Düamelin təyin etdiyi penaltini Vaqner Lav qapı dirəyinə vurub. Geri qayıdan topu Sergey İqnaşeviç dəqiq zərbə ilə tamamlayıb.

Beləliklə, ilk matçda 1:0 hesabı ilə qalib gələn Moskva komandası iki görüşün yekununda rəqibini üstələyib – 2:1. MOİK-in 1/8 finaldakı rəqibi fevralın 23-də Portuqaliyada “Portu” və İspaniya “Sevilya”sı arasında keçiriləcək cavab qarşılaşmasından sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk oyun “Portu”nun qələbəsi ilə yekunlaşıb.

Qalan cavab görüşləri fevralın 24-də olacaq.

23 Fevral, 2011  17:44 Baxılıb: 1741

Bu bölmədə