Simsar.az | bizi özünüzə Simsar bilin
Cəzaçəkmə müəssisəsinin şöbə rəisi ədliyyə orqanlarından çıxarıldı

Ağarəhim Rəhimov qulluqla bir araya sığmayan əməllər törədib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə mayoru Rəhimov Rəfael Ağarəhim oğlu tutduğu vəzifədən azad olunub. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bununla bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyev əmr imzalayıb. R. Rəhimov qulluqla bir araya sığmayan əməllərə yol verdiyi üçün ədliyyə orqanlarından da xaric olunub.

23 Fevral, 2011  17:27 Baxılıb: 1616

Bu bölmədə