Əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri qanunla tənzimlənir
Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirmişlər ki, mövcud qanunvericiliyə görə, viza əsasında Azərbaycana gələn əcnəbinin respublikamızda müvəqqəti olma müddəti vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbinin ölkədə müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona respublikamızda müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün ondan ərizə qəbul edilməmişdirsə, o, ölkə ərazisini tərk etməlidir.
23 Fevral, 2011 15:22 ⁄ Baxılıb: 1700
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |