Aşıq Ələsgərin 190 illiyi qeyd olunacaq
Bu il görkəmli saz-söz ustadı, Aşıq Ələsgərin anadan olmasının 190 ili tamam olur. Azərbaycan Aşıqlar Birliyindən Simsar.az-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan edib və silsilə tədbirlər həyata keçirməyi planlaşdırıb. Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Lent.az-a açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçiriləcək ilk tədbir 2011-ci il martın 11-də Bakıda Heydər Əliyev Sarayında baş tutacaq. Bu tədbir Aşıq Ələsgərin ustadı olmuş böyük sənətkar Aşıq Alıya həsr olunub.
22 Fevral, 2011 21:55 ⁄ Baxılıb: 1712
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |