Simsar.az | bizi özünüzə Simsar bilin
Tahir Baxşiyev dünya rekordu vurub

Dünən keçirilmiş Azərbaycan Superliqasının X turunda Bakı Dövlət Universiteti (BDU) ilə matçda «Araz»ın heyyətində 115 xal toplayan Tahir Baxşiyev dünya rekordu vurub.

Simsar.az xəbər verir ki, bu ana qədər belə bir hadisə 1962-ci ilin martın 2-də NBA-nın tarixində baş verib. «Filafeldiya Uorriors» klubunun əfsanəvi basketbolçusu Uilt Çömberlen «Nyu-York Niks»ə qarşı görüşdə 100 xal yığaraq, o dövrün sensasiyasını etmişdi. 49 il sonra onun rekordunu milli komandamızın kapitanı qırıb.

Təcrübəli basketbolçu həmkarlarımızla söhbətdə hadisəni çox şişirtməyərək, təvazökarlıq göstərib: «Açığı, bu qədər xal toplayacağımı ehtimal etmirdim. Deməzdim ki, sözü gedən rekord daim xatirəmdə qalacaq. Güclü rəqibə qarşı belə göstəriciyə nail olsaydım, bu daha yadda qalan olardı».

20 Fevral, 2011  17:30 Baxılıb: 3351

Bu bölmədə