Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Memarlıq və İnşaat Universitetinin saxta diplomunu satan şəxslər tutulub

Azərbaycanda saxta diplom satılması faktı aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə,

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami İsmayılov və Ağcabədi rayon sakini Fəxrəddin Şahsuvarov tutulublar. Onlar Yunis Əsədovun adına tərtib edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı-Mühəndis" fakültəsini bitirməsi barədə saxta diplomu hazırlayıb 1000 manata satarkən saxlanılıblar.

19 Fevral, 2011  18:55 Baxılıb: 1662

Bu bölmədə