Mahir Şükürov Ermənistan klubuna qarşı oynayacaq
Rusiyanın “Anji” klubu fevralın 20-də Türkmənistanın paytaxtı Aşqabadda start götürəcək Prezident Kubokuna dəvət alıb. Simsar.az-ın məlumatına görə, sayca 17-ci dəfə keçiriləcək turnirdə Mahaçqala komandasının heyətində Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov da yer alacaq. 35 min dollar mükafat fonduna malik kubok uğrunda 8 klub mübarizə aparacaq. “Anji” A qrupunda Ermənistanın “Qandzasar”, Türkmənistanın “Altın asır” və “Mərv” komandalarına rəqib olub. B qrupunda isə Rusiyanın “Şeksna”, Türmənistanın “Nebitçi”, Tacikistanın “Reqar-TadAZ” və İranın “Əbu-Müslüm” klubları mübarizə aparacaq.
19 Fevral, 2011 17:06 ⁄ Baxılıb: 1732
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |