Atəşkəs bir neçə istiqamətdə pozulub
Ermənilər atəşkəsi pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 23.00-dan 23.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08.15-dən 09.00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.15-dək, 19.00-dan 19.05-dək və 22.50-dən 22.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alıxanlı və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
19 Fevral, 2011 15:30 ⁄ Baxılıb: 1568
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |