Uşaqların internata düşməsinin qarşısını alan yeni nativ xidmət növü
Fevralın 22-də Abşeron rayonunun Saray internat evində Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçiriləcək. Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ölkədə ilk dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 7 saylı Saray internat evinin nəzdində 2011-ci ilin yanvar ayından başlayaraq Abşeron rayonunda yaşayan, əlilliyi olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi layihəsini həyata keçirir. UAFA-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, dünya təcrübəsində geniş tətbiq edilən Günərzi Qayğı Mərkəzi (GQM) modelini tətbiq etməkdə məqsəd ailəsi ilə birgə yaşayan, əlilliyi olan uşaqlar üçün müəssisədə nativ xidmət növünü təşkil etmək, bu yolla da əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların müəssisəyə birdəfəlik atılma riskini minimuma endirmək, həmin uşaqların ailədə yaşamasını təmin etməkdir.
19 Fevral, 2011 01:05 ⁄ Baxılıb: 1604
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |