Əli Həsənov: "Həqiqi mədəniyyətlə mədəniyyət adına təqdim olunanların sədləri itib"
“Mədəniyyət millətin vizit kartıdır” SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, əgər bir millətin mədəniyyəti yoxdursa, o xalq bu və ya digər proseslərin təsiri altında məhv olmağa məhkumdur: “Təəssüflər olsun ki, son zamanlar bazar iqtisadiyyatı mühitinin efir məkanına daxil olması həqiqi Azərbaycan mədəniyyəti ilə mədəniyyət adına təqdim olunanları biri-birindən ayıran sədləri itirib. Sözün əsl mənasında mədəniyyətimizin adı altında aparılan təbliğat müəyyən mənada bəzi dövlət strukturlarının günahı üzündən tarix boyu mədəniyyət xadimlərimizin bizim üçün qoyub getdiyi mədəniyyət salnaməsini az qala yeni mədəniyyətə ləkə gətirən nümunələrlə qarışdıraraq onların saflığına ciddi təsir göstəribdir”.
16 Fevral, 2011 15:30 ⁄ Baxılıb: 1666
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |