Ziya Məmmədov: “Lisenziyaların verilməsi və rüsumların yığılması qanunvericiliyə uyğun şəkildə aparılmalıdır”
Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib. Simsar.az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı keçirilən toplantıda nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov çıxışına Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında qaldırılmış məsələlərlə toxunmaqla başlayıb və əlavə olaraq Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda bürokratik əngəllərin aradan qaldırılmasına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.
16 Fevral, 2011 00:35 ⁄ Baxılıb: 2328
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |