Nazirlik Yevlaxda müşavirə keçirdi
Bu gün Yevlaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 rayon (Bərdə, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Goranboy, Ağdaş, Göyçay, Zərdab, Ucar) üzrə yerli strukturlarının iştirakı ilə növbəti belə zona müşavirəsi keçirilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a bildiriblər ki, müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlərdən danışılıb. Həmçinin yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb.
15 Fevral, 2011 21:32 ⁄ Baxılıb: 1613
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |