FHN və DİN “Şirvan” yük gəmisində baş verən yanğınla bağlı məlumat açıqlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) “Şirvan” yük gəmisində baş verən yanğınla bağlı məlumat yayıb. Bakı şəhəri, Səbail rayonunda İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun ərazisində təmirə dayanmış Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Şirvan” quru yük gəmisinin 1-ci və 2-ci yarusunda (burun hissəsində) köməkçi otaqlarda olan əşyalar 60 kv/m sahədə yanıb. Yanğın zamanı gəmidə olan 5 nəfər müxtəlif xəsarətlər alıblar. Yaralılardan 1 nəfəri - 1983-cü il təvəllüdlü Raqif Yuriy oğlu Qarayev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
15 Fevral, 2011 21:32 ⁄ Baxılıb: 1655
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |