Simsar.az | bizi özünüzə Simsar bilin
Məsut Özil türk olduğunu söyüşlə boynuna aldı

Almaniya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Məsut Özil türk olduğunu nəhayət, etiraf edib.

Özil “kral klubu”nun “Espanyol”la səfər qarşılaşmasında yan xətt hakimini türkcə küçə söyüşü ilə təhqir edib. 

O, hələ 3-cü dəqiqədə qapıçı İker Kasilyasın meydançadan qovulmasından sonra əsəblərinə hakim ola bilməyib. Özil oyun boyunca hakimin ünvanına söyüşlər yağdırıb. Xüsusən də 23 yaşlı yarımmüdafiəçi hücumda olduğu vaxt ofsayd bayrağı qaldıran laynsmana “Hadi ... işinə” deyib. 78-ci dəqiqədə yerini Lassana Diarraya buraxan Özil meydançadan çıxarkən yan xətt hakiminin anasını “yadına salıb”.

15 Fevral, 2011  19:51 Baxılıb: 1696

Bu bölmədə