MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıya toplaşıb
Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının səlahiyyətli nümayəndələrinin növbəti toplantısı başlayıb. Toplantı fevralın 18-dək davam edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Simsar.az-a bildirib ki, toplantıda “2011-2012-ci illər üçün Beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi məsələləri” müzakirə olunur. Tədbirin birinci iş günü giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edib. O, qonaqları salamladıqdan sonra Azərbaycan Dəmir Yolunun hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. Sədr müavini həmçinin “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışıb.
15 Fevral, 2011 17:50 ⁄ Baxılıb: 1802
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |