Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan indoneziyalı diplomatlar üçün təqaüdlər təklif edir

Azərbaycan Bakıda təhsil almaq üçün indoneziyalı diplomatlar və tələbələr üçün təqaüdlər təklif edir. Bu barədə bazar ertəsi İndoneziyanın "The Jakarta Post" nəşri xəbər verib.

"Azərbaycan Diplomatiya Akademiyası indoneziyalı tələbələr və diplomatlar üçün 2011-2013-cü illər üzrə magist və bakalavr proqramları üzrə təqaüdlər təklif edir", - Azərbaycanın Cakartadakı səfirliyi adıçəkilən nəşrə bildirib.

Ərizələrin verilməsinin son tarixi 1 aprel 2011-ci ildir. Daha ətraflı məlumatları www.ada.edu.az saytından əldə etmək olar.

Azərbaycan 1960-cı illərdə nüfuzlu Azərbaycan Neft Akademiyasında təhsil almaq üçün indoneziyalı tələbələrə bir çox təqaüdlər təklif edib.

İndoneziya cənub-şərqi Asiyada və Okeaniyada dövlətdir. Onun tərkibinə demək olar 18000 ada daxildir. Əhalisinin sayına görə dünyada dördüncü ən böyük ölkə və ən böyük müsəlman dövlətidir.

15 Fevral, 2011  14:05 Baxılıb: 1672

Bu bölmədə