Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın 7 futbol klubu Avropanın ən yaxşıları sırasına düşüb

Avropanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilinin ən yaxşılarını müəyyənləşdirib.

2001-10-cu illərdə hesabına 2550 xal yığan “Barselona” (İspaniya) qitənin ən yaxşısıdır. İngiltərə təmsilçiləri “Mançester Yunayted” 2523, “Liverpul” 2414 xal toplamaqla, ilk “üçlük”də qərarlaşıblar.

Avropanın 643 klubunun yer aldığı siyahıda Azərbaycan komandaları da yer alıb. Çempionlar Liqası tarixində ən yaxşı klubumuz olan “Neftçi” təmsilçilərimiz arasında hamıdan yüksək nəticəyə sahibdir.

Nüfuzuna görə daha aşağı olan Avropa Liqasında uğur qazanan “Qarabağ” isə bakılılardan geri qalır. Bu 2 komanda kimi, “Bakı” da 4-cü “yüzlük”də qərarlaşıb. Ümumilikdə, 7 komandamız Avropanın ən yaxşıları siyahısında yer alıb.

314. “Neftçi” – 392
343. “Qarabağ” - 366,5
386. “Bakı” – 327
460. “İnter” - 266,5
463. “Xəzər Lənkəran” – 265
558. “Karvan” – 203
615. “Turan” - 163

14 Fevral, 2011  16:01 Baxılıb: 1680

Bu bölmədə