İspaniya La Liqasında 23-cü turun oyunlarına start verilib.
Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Tur lider “Barcelona”nın xal itkisiylə start götürüb. Kataloniyalılar “Sproting”lə görüşdə son anda məğlubiyyətdən yaxa qurtara biliblər. “Sevilla” isə səfərdə “Racing”ə son dəqiqələrdə buraxılan qolla yenilib. “Atletico” da doğma meydanda “Valencia” ilə mübarizədən məğlub ayrılıb.
İkinci oyun günündə də maraqlı qarşılaşmalar oynanılıb. Bunların arasında isə daha çox üçüncülük iddiasında olan "Villareal" səfərdə autsayderlər qrupunda qərarlaşan "Deportivo" ilə səfər görüşündə məğlub olmaqla, vəziyyətini pisləşdirib. Səfərdə "Espanyol"la qarşılaşan "Real" isə lider "Barsa"nın xal itkisindən maksimum yararlanıb.
İspaniya La Liqası
23-cü tur
12 fevral
Atletico – Valencia – 1:2
Qollar: Reyes, 3 – Xoakin, 41; 86.
Matçın 58-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Forlan penaltidən yararlana bilməyib
Sporting Gijon – Barcelona – 1:1
Qollar: Barral, 16 – Vilya, 80
Racing – Sevilla – 3:2
Qollar: Salas, 12, Rakitiç, 19-öz qapısına, Arana, 90 – Fazio, 40, Fabiano, 83-pen.
Matçın 17-ci dəqiqəsində qonaqların heyətində Xesus Navas penaltidən yararlana bilməyib.
13 fevral
Hercules - Zaragoza - 2:1
Qollar: Farinos, 80, Trezeqe, 89 - Braulio, 4.
Levante - Almeria - 1:0
Qol: Kaysedo, 52.
Malaga - Getafe - 2:2
Qollar: Baptista, 80-pen, Rondon, 90 - Miku, 8, Kolunqa, 23.
Real Sociedad - Osasuna - 1:0
Qol: Tamudo, 74.
Deportivo - Villarreal - 1:0
Qol: Lopo, 60.
Espanyol - Real - 0:1
Qol: Marselo, 24.
14 fevral
00:00. Mallorca - Athletic
1 Barcelona 23 20 2 1 71 - 12 62
2 Real Madrid 23 18 3 2 53 - 19 57
3 Valencia 23 14 5 4 38 - 25 47
4 Villarreal 23 14 3 6 41 - 23 45
5 Athletic 22 12 2 8 37 - 31 38
6 Espanyol 23 12 1 10 30 - 31 37
7 Getafe 23 9 4 10 35 - 37 31
8 Sevilla 23 9 4 10 35 - 38 31
9 Real Sociedad 23 10 1 12 34 - 37 31
10 Atletico 23 9 3 11 32 - 31 30
11 Mallorca 22 8 4 10 24 - 30 28
12 Hercules 23 7 4 12 24 - 37 25
13 Santander 23 6 7 10 20 - 33 25
14 Deportivo 23 6 7 10 20 - 34 25
15 Levante 23 7 3 13 24 - 34 24
16 Gijon 23 5 8 10 23 - 31 23
17 Zaragoza 23 5 8 10 22 - 36 23
18 Osasuna 23 5 7 11 21 - 30 22
19 Almeria 23 4 8 11 23 - 39 20
20 Malaga 23 5 4 14 30 - 49 19