Simsar.az | bizi özünüzə Simsar bilin
AFFA-dan 1 oyunluq əff fərmanı

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.

Azerisport.az xəbər verir ki, iclasda yalnız bir məsələ müzakirə edilib və aşagıdakı qərar qəbul edilib:

“Turan”ın  futbolçusu Muammer Erdoğdunun  cəzalandırılması ilə bağlı yüngülləşdirici faktlar müəyyən olunduğu üçün onun cəzası 1 oyun azaldılsın”.

Maraq üçün xatırladaq ki, Muammer “Turan” – “Simurq” matçından bir neçə oyundaşıyla birgə qonaq komandanın soyunub-geyinmə otağına daxil olaraq, o vaxt Zaqatala klubunun futbolçusu olan Elnur Abbasova xəsarət yetirmişdi. Bu hədisənin baş verməsinin əsas səbəbkarı kimi göstərilən Erdoğdunun digər futbolçuları da sövq etdiyini nəzərə alaraq, ona 5 oyunluq cəza, klubuna isə 3000 (üç min) manat cərimə kəsilmişdi.

Dekabrda “Turan” AFFA-nın Apellyasiya və Ekspert Komitəsindən bu cəzanın yüngülləşdirilməsini tələb etsə də, müzakirələrdən sonra qərarın dəyişdirilməsinə ehtiyac duyulmamışdı. Lakin bu dəfə nəhayət ki, cəzanın 1 oyunluq yüngülləşdirilməsinə qərar verilib.

Sonda onu da qeyd edək ki, Elnur Abbasov qış fasiləsində məhz “Turan”a keçib.

12 Fevral, 2011  00:26 Baxılıb: 1834
Teqlər :

Bu bölmədə