Sabirabadda sakinlər yoxlanılır
Yeddi nəfərin həbs edildiyi haqda məlumatlar var Sabirabadda 7 nəfər həb edilib. Sabirabadın kəndlərinin sakinləri rayon mərkəzinə xüsusi yoxlama ilə buraxılırlar. Hazırda Sabirabadda olan Razi Abasbəyli bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb son zamanlar rayonun Cavad kənd sakinlərinin kifayət qədər aktivləşməsi olub. O, bildirib ki, dünən axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanada iki nəfər - Tofiq Zeynallı və Zaur Ağayev həbs ediliblər. Həbs edilənlərdən Zaur Ağayevin cibindən isə rayonun Cavad kənd sakinlərinin şikayət məktubu çıxıb. Məktubda problemlərinin həll edilməyəcəyi təqdirdə sakinlər aksiyalara başlayacaqlarını bildiriblər: “Daha sonra isə rayonda təşvişə düşən icra hakimiyyəti polisə bütün siyasi aktiv insanların həbs edilməsi barədə göstəriş verib. Səhər saatlarında Alim Əliyev və Elman Mirzəyev də həbs edilərək bölməyə aparılıblar. Hələ də onların taleyi barədə heç bir məlumat almaq mümkün deyil. Daha sonra isə Sahib Rüstəmli və digər şəxslər də həbs edilərək polis bölməsinə aparılıb və bir saatdan sonra mitinq keçirməməklə bağlı hədə-qorxu gəlinərək buraxılıb”.
10 Fevral, 2011 20:45 ⁄ Baxılıb: 1714
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |