Simsar.az | bizi özünüzə Simsar bilin
Vəfa Axundova “Region Plus” dan gedib, ATV-yə gəlməyib

Deyirlər ki, baş redaktor məzuniyyətdədir

ATV-nin rəhbərliyinə gətiriləcəyi bildirilən Vəfa Axundovanın “Region Plus” jurnalının baş redaktoru vəzifəsindən kənarlaşdığı bildirilir. Jurnalın redaksiyasından aldığımız məluimata görə, Vafa xanım artıq xeyli müddətdir ki, işə çıxmır. Onun məzuniyyətdə olduğunu da deyənlər var. 
Qeyd edək ki, Vəfa Axundova “İnterfaks Azərbaycan” informasiya agentliyinin nümayəndəsi, eyni zamanda “Region +” jurnalının baş redaktorudur. V.Axundova Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovun həyat yoldaşıdır.
ATV-dəki mənbələr isə V.Axundovanın hələlik telekanal binasında görünmədiyini bildirirlər.

10 Fevral, 2011  20:37 Baxılıb: 3095

Bu bölmədə