Simsar.az | bizi özünüzə Simsar bilin
Zidan: “Mən üzr istəməyəcəyəm”

Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidan yenidən İtaliya yığmasının müdafiəçisi Marko Materatsi ilə yaşadığı məlum insidentə toxunub.

Zidan “La Gazzetta dello Sport”a açıqlamasına Materatsidən heç vaxt üzr istəməyəcəyini bildirib. 

Onun fikrincə, italiyalı müdafiəçi onu təxribata çəkib. Lakin fransalı veteran futbolçu tutduğu hərəkətlə fəxr etmədiyini vurğulayıb. “Ona üzrxahlıq etmək fikrim yoxdur. Çünki məni təxribata çəkib. Üzr istəməyim ikinci yanağımı da zərbə altında qoymaq anlamı verərdi”.

Qeyd edək ki, bu yaxınlarda Zinəddin Zidanla Marko Materatsi İtaliyanın Milan şəhərində keçirilmiş tədbir vaxtı görüşərək barışıblar. Onlar bir neçə dəqiqəlik söhbət də ediblər.

10 Fevral, 2011  18:20 Baxılıb: 1692

Bu bölmədə