Simsar.az | bizi özünüzə Simsar bilin
Yenə bomba həyacanı

Fevralın 9-da Bakıda yaşayış binasına partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının mənzillərinin birinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. 


Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.


Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə binanın giriş hissəsinin zirzəmisində və dəhlizin 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi, o cümlədən 6-cı mərtəbədə yerləşən həmin mənzildə axtarış işləri aparıb.


Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməyib.


Əməliyyat saat 15:30-da başa çatıb.

10 Fevral, 2011  18:14 Baxılıb: 1568

Bu bölmədə