Simsar.az | bizi özünüzə Simsar bilin
Əflatun Amaşov "sənədlər hazırdır" dedi

Jurnalistlərə veriləcək evlərin tikintisinə başlanır

“Artıq jurnalistlər üçün nəzərə tutulan mənzillərin tikintisinə dair sənədlər təsdiq olunub”. Bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

Şura sədri jurnalistlərin sosial, o cümlədən mənzil problemləri ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun məşğul olduğunu xatırladaraq, MŞ-nin də bu prosesi yaxından izlədiyini açıqlayıb: “Mənə elə gəlir ki, yaxın vaxtlarda binaların tikintisinə başlanacaq”.

Ə. Amaşov jurnalistlərə press-kartların verilməsi barədə danışaraq deyib ki, kartlar mətbuat vasitəsində müqavilə ilə çalışan, həqiqətən həmin KİV-in əməkdaşı olan şəxslərə verilir: “Belə olan halda Mətbuat Şurası KİV-in təqdimatı ilə jurnalistə press-kart verir. İl ərzində təxminən 200-250 jurnalist üçün bu cür press-kartlar verilib”.

10 Fevral, 2011  17:27 Baxılıb: 1731

Bu bölmədə