Simsar.az | bizi özünüzə Simsar bilin
Aktyor Rasim Balayev əməliyyat olunub

“Həkimlər bir neçə gün gəzməməyi məsləhət görüblər”

Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev Bakıdakı xəstəxanaların birində cərrahi əməliyyat olunub. 

Rasim Balayev Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. Aktyor bildirib ki, 4 ay öncə yıxılıb və ayağından yüngül zədə alıb: “Həkimlərin məsləhəti ilə iki gün əvvəl bu zədə ilə bağlı yüngül cərrahi əməliyyat keçirdim. Hazırda özümü yaxşı hiss edirəm, evdəyəm. Ancaq həkimlər ağırlıq düşməməsi üçün bir neçə gün gəzməməyi məsləhət görüblər”.

9 Fevral, 2011  23:04 Baxılıb: 1909

Bu bölmədə