Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL-da təqdimat olacaq

AZAL qış transfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır.

Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər”in rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib. 

Fevralın 10-da saat 19:30-da “Airport” oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq. Həmin gün belaruslu Gennadi Bliznyuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mənsur Limani, latviyalı Ritus Krjauklis və azərbaycanlı Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq.

Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.

9 Fevral, 2011  16:22 Baxılıb: 1770

Bu bölmədə