Simsar.az | bizi özünüzə Simsar bilin
Bəstəkar Əşrəf Abbasovun 90 illik yubileyi qeyd olunacaqdır

Fevralın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, professor Əşrəf Abbasovun 90 illik yubileyinə həsr olunmuş konsert təşkil ediləcəkdir.

Filarmoniyadan AzərTAc-a bilidrmişlər ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş proqramla çıxış edəcəkdir. Orkestri tanınmış dirijor Fəxrəddin Kərimov idarə edəcəkdir.

Qafqazın konservatoriyası sayılan Şuşa şəhərində dünyaya göz açmış Ə.Abbasov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin, simfonik orkestr üçün “Konsertino”nun, “Şuşa”, “Gələcək gün”, “Dramatik” simfonik poemalarının, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettalarının, bir çox instrumental əsərin müəllifidir.

8 Fevral, 2011  14:44 Baxılıb: 2241

Bu bölmədə