Simsar.az | bizi özünüzə Simsar bilin
Dünya çempionunu öküz vurdu

WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə 50,8 kq çəki dərəcəsində dünya çempionu Luis Kosepsyon öküz döyüşü vaxtı xəsarət alıb.

Lent.az-ın “Boxingscene.com”a istinadən verdiyi məlumata görə, boksçu vətəni Panamanın Buqaba rayonunda küçələrində bayram qaçışına qatılıb.

Bu zaman öküzlərdən biri onu buynuzlayıb. Nəticədə o, sağ baldır nahiyəsindən yaralanıb. Zədəyə idmançının səhvi səbəb göstərilir. O, xəsarət aldıqdan dərhal sonra Kosepsyon xəstəxanaya yerləşdirilib. Meneceri Roxelio Espino boksçunun hərəkətindən narazılığını bildirib. Espinonun sözlərinə görə, Kosepsyon Buqabada xəstə qohumuna baş çəkmək adı ilə məşqi buraxıb.

Qeyd edək ki, 25 yaşlı Luis Kosepsyon peşəkar rinqdə 23 döyüş keçirib. Panamalı boksçu 22 qələbə (17-si nokautla), 1 məğlubiyyət alıb.

8 Fevral, 2011  02:53 Baxılıb: 1827

Bu bölmədə