Simsar.az | bizi özünüzə Simsar bilin
İranın dənizdə görünməz raketi olacaq

İran dənizdəki hədəfləri məhv etmək üçün yeni raket istehsalına başlayıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransı İslam İnqilabını Mühafizə Korpusunun briqada generalı Məhəmməd Əli Cəfəri söyləyib.

General deyib ki, raket düşmən radarları üçün görünməzdir və sürəti səs sürətini 3 dəfə üstələyir. O, yaxın günlərdə İran telekanallarının raket buraxılışı ilə bağlı süjeti efirə verəcəklərini də nəzərə çatdırıb. Raket 300 kilometr radiusda hədəfi məhv etməyə qadirdir.

8 Fevral, 2011  01:43 Baxılıb: 1687

Bu bölmədə