“Domodedovo”nu yenidən partlatmaqla hədələyən saxta terrorçu həbs olunub
Bazar ertəsi nəqliyyat polisi tərəfindən “telefon terrorçu”su həbs olunub. Rusiya DİN-in nəqliyyat idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Aqapovanın “RİA Novosti”yə verdiyi məlumata görə, həbs olunan şəxs “Domodedovo” aeroportu və Moskvanın “Paveletsk” vağzalında terror olacağı barədə hədə səsləndirib. SalamNews “RİA Novosti”yə istinadən xəbər verir ki, bazar ertəsi 04:18-da polisə zəng edən naməlum şəxs “Domodedovo” aeroportunda bomba qoyulduğunu bildirib və həmin şəxs vurğulayıb ki, onun dostları ilə hazırladığı partlayış saat 13:00-18:00 arasında 24 yanvarda baş vermiş hadisənin yerində olacaq. Saat 07:23-də eyni adam yenidən milis orqanlarına zəng edərək “Paveletsk vağzalında partlayış olacaq barədə xəbərdarlıq edib.
8 Fevral, 2011 00:10 ⁄ Baxılıb: 1713
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |